YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizm əhəmiyyətli rol oynayır

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilən 104-cü sessiyasında çıxış edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ə.Qarayev qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizm əhəmiyyətli rol oynayır. Nazir son illər bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verərək, viza sadələşdirilməsinin tətbiqindən sonra əvvəlki illərlə müqayisədə xarici turistlərin səfərlərində 11 faiz artımın olduğunu qeyd edib. Bununla yanaşı, Ə.Qarayev ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb, 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında məlumat verib.

O qeyd edib ki, 2017-ci il dünyada “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində ölkəmizdə də bir sıra layihələr həyata keçiriləcək.

Nazir Azərbaycan Prezidentinin turizm sahəsinə göstərdiyi yüksək diqqət, 2016-cı il sentyabrın 1-də turizmin inkişafına dair imzalanmış Sərəncamın əhəmiyyəti barədə danışıb, hər il sentyabrın 27-nin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb.