YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib

«Azərbaycan iqtisadiyyatının dayanıqlılığına və ölkənin sosial-iqtisadi inkişafının ardıcıllığının təmin olunmasına müsbət təsir göstərən əsas amillərdən biri kənd təsərrüfatının potensialından səmərəli şəkildə istifadə edilməsidir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda ölkəmiz aqrar sektorun dinamik inkişafına nail olmağı qarşıya strateji hədəf kimi qoyub. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib.

«Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir. Belə ki, son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur»- deyə, E.İbrahimov vurğulayıb.