Xəbərlər
Prezident İlham Əliyev Elxan Poluxovun Azərbaycanın Cənubi Afrikada və eyni zamanda Anqolada, Zimbabvedə, Mozambikdə, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elxan Polux oğlu Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzaladı.