YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pyotr Poroşenko: Ukrayna Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev oktyabrın 26-da etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edib. Bu barədə Ukrayna dövləti başçısının mətbuat xidmətindən məlumat veriblər.

Prezident və diplomat Ukrayna ilə Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi barədə ölkələrimizin mövqelərinin dəyişmədiyini vurğulayıblar. Görüşdə Ukrayna-Azərbaycan dialoqunda müşahidə olunan yüksək dinamika müsbət qiymətləndirilib.

Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının beşinci iclası və Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu il keçirilən 11-ci iclası çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb.

 

DİGƏR Xəbərlər Arxiv