Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram.”