YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Həmsədrlərin bölgəyə səfərləri konkret nəticə verməlidir

«Həmsədrlərin bölgəyə səfərləri konkret nəticə verməlidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Onun sözlərinə görə, həmsədrlər bu məsələdə prinsipiallıq göstərmir.

«Həmsədrlərin regiona son səfərləri ilə bağlı bəyanatı əvvəlki bəyanatların oxşarıdır. Yəni onlar yeni fikir söyləyiblər. Münaqişə o zaman  sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər. Amma görünən odur ki, Minsk qrupunun belə niyyəti yoxdur. Biz hətta onlar tərəfindən işğalçı dövlətin himayə olunmasını müşahidə edirik»- deyə, E.Məmmədov qeyd edib.