YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Klaudio De Vinsenti: TAP layihəsi İtaliya və bütün Avropa üçün strateji önəm kəsb edir

İtaliyanın “Borsa İtaliana” saytında bu ölkənin iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin TAP layihəsi ilə bağlı müsahibəsi yerləşdirilib.

Klaudio De Vinsenti deyib ki, 2019-cu ildən etibarən Azərbaycan qazını İtaliyaya daşıyacaq TAP layihəsi ölkəmiz və bütövlükdə Avropa üçün strateji önəm kəsb edir. İtaliya hökuməti yerli sərmayədarların bu layihədə pay sahibi olmasını çox müsbət qarşılayır. Bu layihə geniş perspektivlər vəd edir. Biz İtaliya şirkətlərinin TAP layihəsinin reallaşmasının hər hansı bir mərhələsində fəal iştirakını dəstəkləyirik. Bu amil yerli iş adamları üçün faydalı ola bilər.