YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısında iştirak edəcək

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, Paris şəhərində AŞPA-nın sosial komitəsi çərçivəsində Sevinc Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası üzrə alt komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara qarşı cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Deputat müzakirə edilən məsələlərə münasibət bildirəcək.