YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaur Əliyev: Əhalinin sağlamlının qorunmasına icbari tibbi sığorta öz töhfəsini verməlidir

«Mingəçevir iqtisadi potensialı olan şəhərdir. İqtisadi imkanların yüksəlməsi əhalinin həyat səviyyəsinə, o cümlədən səhiyyə xidmətlərindən istifadəsinə də təsir göstərir. Mingəçevirin icbari tibbi sığortada pilot seçilməsi də şəhərin iqtisadi imkanlarına, Azərbaycan iqtisadiyyatında oynadığı rola bağlıdır». Bu fikirləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, icbari tibbi sığorta hökumətin sosial siyasətinin yeni istiqamətidir. Onun sözlərinə görə, Prezident  İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının daha keyfiyyətli tibbi xidmətlərlə təmin olunması, əhalinin sağlamlının qorunmasına icbari tibbi sığorta öz töhfəsini verməlidir.

«İcbari tibbi sığortanın baza zərfinə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir. İTS-in pilot rayonlarda tətbiqi başa çatdıqdan sonra mərhələli şəkildə bütün ölkə ərazisində tətbiq olunacaq»- deyə, Z.Əliyev qeyd edib.