YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Əliyev: İqlim dəyişikliklərinin təsirinin azaldılması üçün müvafiq tədbirlər həyata keçirilir

«Ölkəmizdə iqlim dəyişiklərinin təsirinin azaldılması istiqamətində bərpaolunan enerji mənbələrinin və enerji səmərəli texnologiyalardan istifadənin artırılması istiqamətində tədbirlər həyata keçirilir». Bu fikri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev bildirib ki, gələcəkdə də iqtisadiyyatın müxtəlif sektorlarında bu cür fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur ki, bu da iqlim dəyişmələrinə təsirin azaldılması üçün göstərilən səylərə milli töhfənin daha da artırılmasına gətirib çıxaracaq.

«Alternativ və bərpaolunan enerji potensialı ilə zəngin olan Azərbaycanda bu sahənin inkişafı ölkənin prioritet inkişaf istiqamətlərindən biri hesab edilir. Əsas hədəflərimiz gələcəkdə ölkə ərazisində enerjiyə artan tələbatın ödənilməsi və qlobal iqlim dəyişmələrinin təsirinin azaldılması problemlərinə töhfə verməklə 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadənin payının 25 faizə çatdırılmasıdır» - deyə, nazir müavini vurğulayıb.