YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Bərpaolunan energetikanın inişafı” Beynəlxalq konfransı öz işinə başlayıb

Oktyabrın 20-də Bakıda keçirilən “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu çərçivəsində “Bərpaolunan energetikanın inişafı” Beynəlxalq konfransı öz işinə başlayıb.

Konfransda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Nurəli Yusifbəyli bildirib ki, BMT 2015-ci il ərzində dayanıqlı inkişaf üzrə 17 istiqamət müəyyən edib. Bu istiqamətdə görülən işlərlə bağlı atılan mühüm addımlardan biri BMT-nin İqlim dəyişmələri üzrə çərçivə sənədi istiqamətində ölkələrin öz öhdəliklərini müəyyən etməsidir. Bu öhdəliklər həm milli səviyyədə, həm də regional səviyyədə müəyyən olunub.

Konfransda davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, Paris İqlim Sazişindən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpaolunan enerji mənbələrinin və enerji səmərəliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunub. Həmçinin növbəti ildə Astanada keçiriləcək “Dayanıqlı inkişaf üçün enerji” forumunun sənədləri, müzakirə olunacaq məsələlər razılaşdırılıb.