YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilir

Sentyabrın 20-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumu keçirilir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı ticarət əlaqələrindən danışıb. Qeyd edib ki, əlverişli biznes mühitinə sahib olan Azərbaycan regionda ən yaxşı infrastruktura malik olan ölkədir.

Birləşmiş Ərəb Əmirliklərinin “Dubai Exports” təşkilatının icraçı direktorunun müavini Mohammed Ali Əl Kamali qeyd edib ki, bugünkü forumda BƏƏ-nin kənd təsərrüfatı və qida sənayesi, tikinti, əczaçılıq, qablaşdırma, turizm, ətir istehsalı və s. sahələrində fəaliyyət göstərən 20-yə yaxın şirkət iştirak edir. Təmsil etdiyim ölkə Azərbaycanla bu sahələrdə əməkdaşlıqda maraqlıdır. Son 3 ildə Azərbaycanda keçirilən “BakuBuild” sərgisinə 82 şirkətimiz qatılıb.