YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəbbət Vəliyeva: Növbəti tədris ilindən məktəbəhazırlıq qruplarının əhatəsi daha da genişlənəcək

«Hazırda Bakıda 20400-ə yaxın uşaq məktəbəhazırlıq qruplarının təlimlərinə cəlb olunub». Bu fikri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

M.Vəliyeva bildirib ki, növbəti tədris ilindən qrupların əhatəsi daha da genişlənəcək. Onun sözlərinə görə, yeni yaradılan qruplara yalnız Bakı qeydiyyatı deyil, eyni zamanda paytaxtda qeydiyyatda olmayan şəxslərin övladları da cəlb olunub.

«260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qrupları yaradılıb. Nazirlər Kabinetİnin qərarına əsasən, Bakı üçün bu il kvota 2422 uşağı əhatə edib. Yəni Bakıda 2011-ci ildə doğulan uşaqların 55%-i təlimlərə cəlb olunub. Növbəti illərdə təbii ki, bu say artacaq və 2020-ci ilədək 90% uşağın ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur»- deyə, M.Vəliyeva qeyd edib.