YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişikliklər edilib

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarında dəyişikliklər edilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliklərə əsasən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi”nin 6.4-cü bəndinə uyğun olaraq Fondun icraçı direktorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir.