YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Huffington Post”: Azərbaycan rəhbərliyi ölkənin inklüziv, tolerant və dünyəvi dövlətin qurulmasına sadiqliyini gücləndirib və praqmatik xarici siyasət həyata keçirib

ABŞ-ın nüfuzlu “The Huffington Post” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Azərbaycan: Müstəqilliyin 25-ci ildönümündə” adlı məqaləsi dərc edilib.

Məqalədə Azərbaycanın ötən 25 il müddətində qazandığı nailiyyətlərdən bəhs edilir. Müəllif ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra keçdiyi çətinliklərə baxmayaraq, hazırda Qafqaz-Xəzər bölgəsinin əhəmiyyətli regional oyunçusuna çevrildiyini vurğulayır. Azərbaycanın bu uğurları unikal tarix, o cümlədən 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublikanın yaradılması, xüsusilə də ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə izah edilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyi ölkənin inklüziv, tolerant və dünyəvi dövlətin qurulmasına sadiqliyini gücləndirib və praqmatik xarici siyasət həyata keçirib. Bu kontekstdə, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq, Gürcüstan və Türkiyə ilə isə inteqrə edilmiş tərəfdaşlıq qurduğu və uğurlu beynəlxalq enerji layihələri həyata keçirdiyi qeyd edilir.

Məqalədə ölkəmizin gələcəyə yönəlmiş siyasətindən də bəhs edilir. Bu xüsusda infrastruktur layihələrinin həyata keçirildiyi, üstün coğrafi mövqeyə malik ölkəmizin Prezident İlham Əliyevə istinadla Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüyə çevrildiyi qeyd edilir. Səfir ölkəmizin mədəni irsinə toxunaraq dinlərarası harmoniya, orta əsrlərdən bəri qadın şairlərdən başlayaraq və bu gün birinci xanım Mehriban Əliyevanın timsalında cəmiyyətdə qadınların ənənəvi və güclü rolunu vurğulayır.

Məqalədə, həmçinin Ermənistanın təcavüzü nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyü də xatırladılır. Bu münaqişənin beynəlxalq hüquqa əsasən həllinin vacibliyi qeyd edilir.

Yazıda gələcəyə inamla baxan Azərbaycan xalqının öz tarixi ilə qurur duyduğu, müstəqilliyini daim qoruyub saxlayacağı vurğulanır.