Xəbərlər
Məlahət İbrahimqızı: Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan uğurla inkişaf edir

«Xalqımızın şəhidlərin qanı bahasına qazandığı müstəqillik 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsində idi. Məhz Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Ulu öndərin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyuldu.
«Bu gün qürurla deməliyik ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan uğurla inkişaf edir. Ulu öndərimizin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət milli maraqlarımıza xidmət edir. Möhtərəm Prezidentimizin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin hərtərəfli inkişafında mühüm və misilsiz uğurlar qazanılıb və bu nailiyyətlər ardıcıl olaraq davam edir»- deyə, M.İbrahimqızı qeyd edib.