YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub

«Azərbaycan 1991-ci ildə müstəqilliiyni elan etdikdən sonra uğurla inkişaf edərək böyük nailiyyətlər qazanıb». Bu fikri YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Onun sözlərinə görə, bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Müstəqillik Gününün bəhrələridir.

«Xalqımızın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi şəxsiyyətin yürütdüyü müdrik siyasət nəticəsində ölkəmiz məhv olmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, bütün sahələrdə uğurlu islahatların həyata keçirilməsinə zəmin yaradıldı. Ümummilli Liderin Azərbaycanın zəngin, qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir»- deyə, Ş.Hacıyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv