YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Ölkəmiz bu gün azad, müstəqil və güclüdür

«Müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin həyat amalı, möhtəşəm fəaliyyəti, uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür». Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib.

«Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı imzaladığı Sərəncam və keçirilən tədbirlər ölkə rəhbərimizin şərəfli tariximizə verdiyi dəyərin ən bariz nümunəsidir. Bütün xalqımızı 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, tolerant və multikultural dəyərlərlə zəngin olan, günü-gündən inkişaf edən ölkəmizdə xoş, firəvan günlər arzulayıram»- deyə, M.Qurbanlı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv