YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Nyu-York birbaşa aviareysi yaxın vaxtlarda fəaliyyətə başlayacaq

“Azərbaycan Hava Yolları - AZAL” QSC sentyabrın 24-dən ABŞ-a ilk dəfə birbaşa aviareysin açılmasını planlaşdırır.

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, aviareys Bakı-Nyu-York-Bakı marşrutu üzrə həyata keçiriləcək.

Qeyd edək ki, 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək keçirilmiş iki auditin nəticəsi olaraq, ABŞ-ın Federal Aviasiya Administrasiyasının müfəttişləri Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy veriblər. Bu il martın 7-də isə ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasının aviasiya sahəsində uçuşların təşkilinə nəzarətin və təhlükəsizliyin səviyyəsinin “1-ci dərəcə” üzrə qiymətləndirilməsini rəsmən təsdiqləyib. Bununla da, Azərbaycan aviasiya şirkətləri ABŞ aeroportlarına müntəzəm uçuşlar həyata keçirmək hüququ əldə ediblər.

“Azərbaycan Hava Yolları”nın təyyarə parkına “Boeing-757”, “Boeing-767”, “Airbus A-319”, “Airbus A-320”, “Airbus A-340” və “Embraer” avialaynerləri daxildir. Nəhəng aviaşirkətə çevrilmiş “Azərbaycan Hava Yolları” həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə də liderlərdən biridir.