YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Nəvaz Şərif: Azərbaycanın inkişafı və uğuru inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir

Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir. Pakistan xalqı mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və Prezident İlham Əliyevin müdrik, mahir rəhbərliyini yüksək qiymətləndirir.

Bbu fikirləri Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə bildirib.

Baş nazir deyib: “Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir. Deməliyəm ki, biz dünəndən çox təsirlənmişik. Cənab Prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir”.

Məhəmməd Nəvaz Şərif Bakının planlaşdırılmasının, gördüyü gözəlliklərin onu məftun etdiyini söyləyib.