YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səkkiz ayda dəmir yolu ilə 16 milyon tona yaxın tranzit yük daşınıb

“Azərbaycan Dəmir Yolları” QSC bu ilin 8 ayında 16 milyon tona yaxın tranzit yük daşıyıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, 2014-cü ildə dəmir yolu vasitəsilə 21 milyon 800 min ton, 2015-ci ildə 27 milyon ton, bu ilin 8 ayında isə 15,5 - 16 milyon ton tranzit yük daşınıb.

Cavid Qurbanovun sözlərinə görə, yükdaşımalarının həcminin artırılması üçün daha əlverişli tarif siyasəti yürüdülməlidir. Bu isə öz növbəsində dəmiryolçuların əmək haqlarının artmasına kömək olacaq.