YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Frank-Valter Ştaynmeyer: Avropa məkanında insan hüquqlarının qorunmasından danışanda digərləri kimi Dağlıq Qarabağ münaqişəsi də unudulmamalıdır

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının oktyabrın 13-də keçirilən plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.

Nazir Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyətinə toxunaraq, qurumun əhatə etdiyi məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.

Bildirib ki, Avropa məkanında insan hüquqlarının qorunmasından danışanda Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri unudulmamalıdır. Avropa məkanında belə münaqişələr olmamalıdır.