YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Görülən işlər icbari tibbi sığortanın tezliklə tətbiqinə xidmət edir

«Görülən işlər icbari tibbi sığortanın tezliklə tətbiqinə xidmət edir». Bu fikri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, “Tibbi sığorta haqqında” qanunda da təkmilləşdirmələr aparılıb. Onun sözlərinə görə,  icbari tibbi sığorta ilə bağlı sistemli tədbirlər həyata keçirilir, ölkədə  yüksək standartlara cavab verən səhiyyə infrastrukturu yaradılıb.

«Bu çox önəmlidir. Son illər bütün ölkədə yeni tibb müəssisələri yaradılıb, lazımi avadanlıqlarla təmin olunub, onların maddi-texniki bazası gücləndirilib. İcbari tibbi sığortanın tətbiqi günümüzün ən aktual məsələlərindəndir. Bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Pilot layihə olaraq Yevlaxda bu sistem tətbiq olunacaq. Artıq bununla əlaqədar olaraq tədbir keçirilib. İnanırıq ki, bu sistemin ölkədə tətbiqi uğurlu olacaq və səhiyyə sisteminə yeni keyfiyyət dəyişiklikləri gətirəcək»- deyə, M. İbrahimqızı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv