YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük şərqşünas alim Aida İmanquliyevanın əziz xatirəsi ehtiramla anılıb

Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) kollektivləri, eləcə də tanınmış alimlər, ictimaiyyətin nümayəndələri İkinci Fəxri xiyabanda böyük şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirəsini ehtiramla yad ediblər. Alimin məzarı önünə əklillər qoyulub.

Anma mərasimində AQUPDK-nın sədri Hicran Hüseynova professor Aida İmanquliyevanın mənalı və şərəfli ömür yolundan, zəngin elmi irsinin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Aida xanım həm böyük şərqşünas alim, təcrübəli pedaqoq, tərcüməçi, həm də nəcib, xeyirxah insan, gözəl, qayğıkeş ana idi. Onun həyat və fəaliyyəti nəsillərə ən layiqli örnəkdir.

Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva böyük alim Aida İmanquliyavanın elm, təhsil sahəsində qazandığı nailiyyətlərdən, bu sahəyə verdiyi dəyərli töhfələrdən bəhs edib. Qeyd olunub ki, Aida xanım dünyada tanınan böyük alim, fəal ictimai xadim idi. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun adı ilə bağlıdır. Ərəb mühacirət ədəbiyyatına dair Aida xanımın əsərləri dərin məzmunu, aktuallığı və əhəmiyyətinə görə daim diqqəti cəlb edir.

Professor Aida İmanquliyevanın əsərlərinin, onun haqqında kitabların nəşr olunduğunu qeyd edən G.Baxşəliyeva alimin əziz xatirəsinin ürəklərdə yaşadığını, daim uca tutulduğunu vurğulayıb.