YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Elm bəşəriyyətin inkişafında mühüm rol oynayır

«Elm bəşəriyyətin inkişafında mühüm rol oynayır». Bu fikri AMEA-nın  vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, müasir dünyada elm və təhsil mühüm rola malikdir. Onun sözlərinə görə, müxtəlif cəmiyyətlərdə böyük dəyişikliklər elmin sayəsində mümkün olub.

«Elmi potensialı və ənənələri güclü olan ölkələr dünyanın qüdrətli dövlətləri sırasına çıxa biliblər. Elmi fəaliyyət sahəsində ölkəmizin mövcud reallıqları, davamlı ənənələri və inkişaf perspektivləri öyrənilərək obyektiv nəticələrin çıxarılması üçün ciddi səylər göstərilib. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu da elmi-tədqiqat və ali təhsil müəssisələrində təsərrüfat-sənaye subyektlərinin yaradılmasına və hüquqi cəhətdən tənzimlənməsinə geniş yol açır»- deyə, İ.Həbibbəyli qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv