YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB-nin miqrasiya orqanları rəhbərləri bir araya gələcək

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 19-cu iclası keçiriləcək.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının oktyabrın 12-də Bakıda keçiriləcək 19-cu iclasının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti, “MDB iştirakçı dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası, MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və qeyd edilən məlumat bazasının Əsasnaməsinin işlənilməsi, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycanın təcrübəsi, MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qayadada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi, mqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti ilə bağlı məsələlər müzakirə olunacaq. Xidmətdən bildirilib ki, iclasda eyni zamanda Belarus miqrasiya orqanlarının ölkədə yaşamanın leqallaşdırılmasının bir üsulu kimi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin saxta nikahlarının aşkarlanması təcrübəsi, MDB iştirakçı dövlətlərdə əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi də müzakirə predmeti olacaq.