YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun koordinasiya komitəsinin növbəti iclası keçirilib

Astanada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun koordinasiya komitəsinin növbəti iclası keçirilib. “Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə koordinasiya komitəsinə üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyatı qurumlarının, dəniz limanlarının rəhbərləri iştirak ediblər.

Ölkəmizi iclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər təmsil ediblər.

“Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyətinin sədri Kanat Alpısbayevin sədrliyi ilə keçən iclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) koordinasiya komitəsinin hüquqi şəxslər birliyinin yaradılması, TMTM koordinasiya komitəsinin hüquqi şəxslər birliyinin nizamnaməsinin təsdiq edilməsi, komitənin hüquqi şəxslər birliyinin dövlət orqanlarında qeydiyyata alınması ilə bağlı maraqlarını təmsil etmək üçün səlahiyyətli təşkilatların seçilməsi məsələləri müzakirə olunub.

İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tranzit və xarici ticarət yüklərinin cəlb edilməsinin, yüklərin daşınmasında tariflərin müəyyən edilməsi sahəsində razılaşdırılmış siyasətin həyata keçirilməsinin, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsinin, birgə inteqrasiya edilmiş logistik məhsulun istehsalı yolu ilə TMTM marşrutunun inkişaf etdirilməsinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkilinin əhəmiyyəti vurğulanıb.

İclasın sonunda TMTM koordinasiya komitəsinin təsis sazişi və digər sənədlər imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv