YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə keçirilən 22-ci Beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunub

Daşkənddəki “Uzekspomərkəz” sərgilər salonunda “Böyük İpək Yolu ilə turizm” adlı 22-ci Beynəlxalq turizm sərgisi keçirilib.

Sərgidə Özbəkistan və regionları ilə yanaşı, Azərbaycan, Tailand, Malayziya, Türkiyə, Hindistan, Çin, Fransa, Çexiya, Ukrayna, Sinqapur və digər ölkələrin turizm potensialı nümayiş olunub.

Ölkəmizi sərgidə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Beynəlxalq sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev ölkəsinin turizm potensialından, inkişaf edən turizm sənayesindən, regionlarında istifadəyə verilən yeni-yeni turizm istirahət mərkəzlərindən söz açıb.

Azərbaycanın Mədəniyyət Mərkəzinin təşkil etdiyi stenddə ölkəmizin turizm potensialı, turizm mərkəzləri və marşrutları, otellərə dair nəşrlər, milli mədəniyyətimizə, mədəni irsimizə dair materiallar, milli musiqi alətləri, Qarabağın milli qadın geyimləri, suvenirlər nümayiş olunub, qonaqlar milli şirniyatlarımıza qonaq edilib.

Sərgidə iştirakçılara Azərbaycan Mədəniyyət və Turizm nazirliyi tərəfindən göndərilən çoxsaylı nəşrlər-ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər paylanıb, “Möcüzəli Naftalan” videoçarxı nümayiş etdirilib.

Tədbirdə AMM turistlər üçün Azərbaycanın Bakı şəhərinə 1 həftəlik istirahət turu, Naftalan şəhərinə 10 günlük müalicə turlarını da təqdim edib.

Qeyd edək ki, turlar Bakı şəhərindən bir sıra otelləri, habelə Naftalandakı “Chinar Hotel SPA Naftalan" birgə layihəsi ilə həyata keçiriləcək.

Mədəniyyət Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının ifa etdiyi milli rəqslərimiz tamaşaçıların alqışları ilə qarşılanıb.

Sərgi çərçivəsində “Ekoloji turizm sabit inkişafın və ətraf mühitin mühafizəsinin mühüm amili kimi: Özbəkistanın təcrübəsi və xarici praktika” adlı beynəlxalq konfrans da keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv