YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sentyabrda Ceyhan limanından 2,3 milyon tondan çox Azərbaycan nefti dünya bazarlarına yola salınıb

Bu ilin sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Cari ilin yanvar- sentyabr aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 140 min 885 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il oktyabr ayının 1-dək Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

 

DİGƏR Xəbərlər Arxiv