YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik ünvanladı.

Təbrikdə deyilir: “Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”