YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycanın idman ölkəsinə çevrilməsinin başlıca səbəbi dövlətin gənclər siyasətinin uğurla aparılmasıdır

Oktyabrın 6-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclər və idman nazirlərinin üçüncü konfransı işə başlayıb.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra “İstanbul-İslam Əməkdaşlıq Təşkilatı gənclərinin paytaxtı” və “Bakı-İslam Həmrəyliyi Oyunları” filmləri nümayiş olunub.

“Bakı-İslam Həmrəyliyi Oyunları” filmində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafını, Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq layihələr, “Bakı-2015” birinci Avropa Oyunlarını əks etdirən kadrlar konfrans iştirakçılarında ölkəmiz haqqında real təəssürat yaradıb.

“Sülh, inkişaf və həmrəylik yolunda gənclərin fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən konfransa 50-dək ölkədən nümayəndələr qatılıb. Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov daxildir.

Konfransın rəsmi açılışında Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri Abdullah bin Musaid bin Əbdüləziz Əl Səud, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç və digər rəsmi şəxslərin çıxışları dinlənilib. İslam ölkələri və müsəlman xalqları arasında həmrəyliyin vacibliyini qeyd edən natiqlər diqqətə çatdırıblar ki, bu prosesdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Əminliklə ifadə olunub ki, “Bakı-2015” Birinci Avropa Oyunlarının peşəkarlıqla başa vuraraq böyük nailiyyətlər qazanan Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil etməklə dünya idman ictimaiyyətinə, o cümlədən İslam dünyasına əlamətdar töhfə verəcək. Qeyd olunub ki, İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək mədəni tədbirlər, o cümlədən İslam ölkələrinin yaxınlaşması üçün tarixi fürsət yaradacaq.

Açılışdan sonra konfrans işini Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın sədrliyi ilə davam etdirib.

Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının gənclər və idman siyasətinin nəticələri, bu sahədə əldə olunan böyük nailiyyətlər, elm, təhsil, idman və s. sahələrdə gənclərə göstərilən dövlət qayğısı barədə geniş məlumat verib. Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan gənclər və idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanın idman ölkəsinə çevrilməsinin başlıca səbəbi dövlətin gənclər siyasətinin uğurla aparılmasıdır. Bu sahədə həyata keçirilən dövlət proqramları böyük uğurlar verməkdədir.

Konfrans oktyabrın 7-də işini davam etdirəcək.

 

DİGƏR Xəbərlər Arxiv