YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Regionlarda yaradılan yeni müəssisələr, iş yerləri vətəndaşların yaxşı yaşamaları üçündür

“Respublikamızda aparılan iqtisadi-sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Hökumətin qəbul etdiyi bütün qərarlar konkret olaraq cəmiyyətin iqtisadi sifarişlərini özündə əks etdirir, xalqın sosial qayğılarının təmin olunmasına əhatəli şəkildə baza yaradır.” Bu fikirləri  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli yap.org.az saytına açıqlamasında bildirib.

Hadi Rəcəbli qeyd edib ki, regionlarda yaradılan yeni müəssisələr, iş yerləri də məhz vətəndaşların yaxşı yaşamaları üçündür: “Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları 10-15 il əvvəlki simasından fərqləndirir. Əhalinin güzəranının yaxşılaşması yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Ümumiyyətlə, işizliyin aradan qaldırılması həmişə əhalinin sosial güzəranını yaxşılaşdıran mühüm amillərdən biri kimi dəyərləndirilib. Burada önəmli hadisələrdən biri də odur ki, ölkəmizdə əhalinin işsizlik və digər sosial problemləri yalnız paytaxtda deyil, hətta ucqar rayonlarda da həllini tapır.”