YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda Rusiya kinosu günləri keçiriləcək

Oktyabrın 10-dan 14-dək Azərbaycanda Rusiya kinosu günləri keçiriləcək. Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Nazirlikdən bildirilib ki, bu münasibətlə Rusiya Kino Fondunun direktoru Anton Malışev, rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

Nizami Kino Mərkəzində keçiriləcək kino günlərinin açılışı oktyabr 10-da Rusiya kinematoqrafçıları ilə görüş və rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filminin nümayişi ilə başlayacaq.

Kino günləri çərçivəsində tamaşaçılara rejissor Yuriy Vasilyevin “Qəhrəman”, İndar Djendubayevin “O, drakondur”, İlya Çijikov və Anton Çijikovun “Bizim qəbiristanlığın oğlanı” və Eduard Bordukovun “Qutu” bədii filmi təqdim olunacaq.