YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Milli Strategiyanın əsas məqsədi genetik ehtiyatlardan səmərəli istifadə, bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması, yoxsulluğun aradan qaldırılması, ekoloji tarazlığın tənzimlənməsi, “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsi, ekoloji təhsilin stimullaşdırılması, endemik flora və yerli fauna növlərinin bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin təkmilləşdirilməsi, bioloji müxtəlifliyə təzyiqlərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir.

Milli Strategiyanın prioritet istiqamətləri bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin ekoloji maarifləndirilməsi üçün cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasının təmin edilməsi, bioloji müxtəlifliyin monitorinqi sisteminin təkmilləşdirilməsi, bioloji müxtəlifliyin, ekosistemin və genetik müxtəlifliyin bərpası və saxlanması, xüsusi mühafizə olunan təbiət ərazilərinin səmərəli idarəedilmə sisteminin yaradılması və mövcud şəbəkənin genişləndirilməsi, bioloji müxtəlifliyə mənfi təsirlərin azaldılması və bioloji müxtəlifliyin davamlı istifadəsi, bioloji müxtəlifliyin davamlılığını təmin etmək məqsədi ilə bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, milli və yerli səviyyədə bioloji müxtəlifliyin mühafizəsində ictimaiyyətin iştirakının artırılması, bioloji müxtəlifliyin qorunması işlərinin icrasında birgə idarəçiliyin inkişaf etdirilməsi, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üçün adekvat resursların təmin edilməsi, bioloji müxtəliflikdən istifadənin planlaşdırılması və idarə edilməsi üçün institusional potensialın gücləndirilməsidir.

 

DİGƏR Xəbərlər Arxiv