YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Seyminin sədri Azərbaycanda səfərdədir

Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Seyminin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

İnara Murnietse aeroportda jurnalistlərə müsahibəsində dost ölkə olan Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib. O deyib ki, səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərin daha da genişlənməsinə dair fikir mübadiləsi aparmaqdır. Latviya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən sədr səfəri çərçivəsində dövlət və hökumət nümayəndələri ilə bir sıra görüşlər keçirəcəyini diqqətə çatdırıb.