YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stepan Mesiç: Bakı Forumu qlobal məsələlərin müzakirəsi üçün önəmli platformadır

Bakı Beynəlxalq Humanitar Forumu həlli tələb olunan qlobal məsələlərin müzakirəsi üçün önəmli platformadır. Forumun təşkilatçılığı yüksək səviyyədədir. Mən hər zaman bu Forumu dəstəkləyirəm. Dünyada baş verən qlobal böhran, ekstremizm təhdidləri, terror və digər problemlər fonunda belə bir tədbirin keçirilməsi olduqca təqdirəlayiqdir.

Bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç AZƏRTAC-a müsahibəsində səsləndirib.

S.Mesiç deyib: “Bakı Beynəlxalq Humanitar Forumu məhz bir yerə toplaşıb vəziyyətdən çıxış yolları axtarmağa, problemlərin həllini tapmağa şərait yaradır. Bu mənada forum böyük əhəmiyyətə malikdir. Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunur”.

Stepan Mesiç Azərbaycanda multikulturalizmin inkişaf etdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Sabiq prezident Xorvatiya və Azərbaycanın iqtisadi və mədəni sahədə əməkdaşlığı genişləndirməyə çalışdığını və buna nail olduqlarını məmnunluqla qeyd edib.