YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oleq Kuznetsov: Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir

Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir. Forumda müzakirə edilən mövzular dövrümüzün aktual problemlərini əhatə edir.

Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, tarixçi alim və siyasi analitik Oleq Kuznetsov AZƏRTAC-a müsahibəsində deyib.

Aktual məsələlərin müzakirəsi baxımından Forumu yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin onun bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, diqqəti çəkən maraqlı məqamlardan biri müzakirələrlə yanaşı, müvafiq problemlərin həlli ilə bağlı çıxış yollarının da göstərilməsidir. Bakı Beynəlxalq Forumu yeganə tədbirdir ki, burada alimlər, siyasətçilər və mədəniyyət işçilərinin nümayəndələri bir araya toplaşırlar. Forumda müzakirəsinə ehtiyac duyulan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır, qərarlar qəbul olunur.

Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini qeyd edən qonaq belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakını ölkəmizin regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu qeyd edib.