YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir

«Azərbaycanın inkişaf və tərəqqisi Ümummilli liderimizin adı ilə bağlıdır. 45 il əvvəl Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə xalqımızın tarixində və taleyində yeni bir mərhələ başlandı. Bu, tariximizə qızıl hərflərlə yazılmış hadisədir». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyən komitə sədrinin sözlərinə görə, müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. O bildirib ki, Ümummilli lider Heydər Əliyev ölkəmizin inkişafına özünün müdrik, cəsarətli siyasəti, yorulmaz fəaliyyəti ilə nail olub.

«Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə böyük nailiyyətlərə imza atır. Bu gün ölkəmiz hərtərəfli surətdə inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyevin böyük, parlaq ideyaları dayanır»- deyə, E.İbrahimov vurğulayıb.