YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir

Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verdiyini bildirib:

“Bu baxımdan həmsədrlərə də bu barədə tam şəkildə məlumat vermişəm ki, onlar da Ermənistan tərəfi ilə əlaqə saxlasınlar, belə təxribata yol vermisinlər. Əgər biz sülhdən danışırıqsa, deyiriksə, erməni qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır, o zaman onların Ağdamda təlim keçirməsi təxribatdır”.