YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayacaq

«Sentyabrın 26-da keçirilmiş referendum ölkəmizin tarixində çox mühüm hadisədir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, referenduma çıxarılan məsələlər ölkəmizin gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, referendum nəticəsində  Konstitusiyaya edilən dəyişikliklər siyasi-hüquqi və sosial-iqtiadi sahələrdə həyata keçirilən islahatların hüquqi bazası rolunu oynayacaq.

«Azərbaycanda müxtəlif sahələri əhatə edən islahatlar həyata keçirilir. Konstiusiya dəyişiklikləri də məhz bu islahatları özündə ifadə edir. Hesab edirəm ki, bu islahatlar nəticəsində digər sahələrdə olduğu kimi sosial sahədə də ciddi nəticələr əldə ediləcək. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin sosial rifahı daha da yüksələcək. Bu islahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayacaq»- deyə, S.Hüseynova qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv