YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

UNESCO: Bakı Beynəlxalq Humanitar Forumu vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır

Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin keçirilməsi bəşəriyyət üçün vacib məsələlərin müzakirəsinə yaxşı şərait yaradır.

Bunu Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu çərçivəsində panel müzakirələri zaman UNESCO-nun İcra Şurasının sədri Maykl Vorbus deyib.

O bildirib ki, bundan əvvəl keçirilən Bakı humanitar forumları UNESCO-nun işinə mühüm töhfə verib: “Burada görülən işlər UNESCO mandatına uyğundur. Dünya qarşısında duran çağırışların müzakirə edilməsi və onların həlli istiqamətində fikir mübadiləsinin aparılması çox əhəmiyyətli məsələdir”.

M.Vorbus bildirib ki, bu gün dünyada münaqişələrin sayı artmaqdadır: “Belə bir şəraitdə bizə qərəzsiz media lazımdır. Biz münaqişələrin həllini yalnız dövlətlərin üzərinə atmalı deyilik, eyni zamanda, vətəndaş cəmiyyətləri üzərində cəmləşməliyik. Bu baxımdan bu cür forumların keçirilməsi və bu məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması vacibdir. UNESCO bu Forumdan böyük nəticələr gözləyir”.

 

DİGƏR Xəbərlər Arxiv