YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İƏT: Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif mədəniyyətlərin bir araya gətirilməsində vacib məkana çevrilib

“Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif dinlərinin və mədəniyyətlərinin nümayəndələrinin bir araya gətirilməsi üçün vacib məkana çevrilib”.

Bunu Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum çərçivəsində panel müzakirələri zaman İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif deyib.

O bildirib ki, Forumda dünyanı narahat edən vacib məsələlər müzakirə edilir, çox mühüm görüşlər keçirilir.

H.Yussif əlavə edib ki, dünyada münaqişələrin ədalətli həlli tapılmadan sülhün bərqərar olması mümkünsüzdür: “Bu baxımdan bu məsələləri müzakirə etmək üçün bu cür forumların keçirilməsi vavibdir”.