YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Azərbaycanda referendumun şəffaflığını və legitimliyini tanıyıblar

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının (PA) müşahidəçilər missiyası Azərbaycanda referendumun şəffaflığını və legitimliyini tanıyıb. Bu barədə sentyabrın 28-də Minskdə jurnalistlərə MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev məlumat verib.

Sergey Lebedevin sözlərinə görə, MDB PA müşahidəçilərinin Azərbaycanda fəaliyyəti başa çatıb və onlar referendumun legitimliyini və şəffaflığını tanıyıblar.

Sergey Lebedev deyib: “Referendumun nəticələri, referenduma çıxarılan təkliflərə səs verənlərin faizinin çox olması təsdiq edir ki, xalq Azərbaycanın ictimai-siyasi strukturuna edilən bu dəyişiklikləri dəstəkləyir. MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyası referendumun gedişini izləyib və MDB PA-dakı həmkarlarımızın mənə verdikləri məlumata görə, onlar referendumun legitim, şəffaf, demokratik olduğunu, Azərbaycan xalqının iradəsini əks etdirdiyini tanıyıblar.