YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Giorgi Kvirikaşvili: SOCAR Gürcüstan iqtisadiyyatının inkişafında, əhalinin təbii qazla təminatında mühüm işlər görüb

“SOCAR Azərbaycan və Gürcüstan dövlətləri və xalqlarımız arasındakı dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsində çox böyük işlər görüb. Biz bunu yüksək dəyərləndiririk”.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.

Baş nazir deyib: “SOCAR Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ən iri şirkətdir. Ölkə iqtisadiyyatının inkişafında, əhalinin təbii qazla təminatında mühüm işlər görüb. Bizim gələcək inkişafla bağlı çox böyük layihələrimiz var. SOCAR-ın da bu layihələrdə iştirakında maraqlıyıq”.

G.Kvirikaşvilinin sözlərinə görə, bu layihələr təkcə Gürcüstanın qazlaşdırılması ilə bağlı deyil. Nəzərdə tutulan layihələr Gürcüstanın müxtəlif sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanın və Gürcüstanın maraqlarına xidmət edir.