YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasının sədri referendumun nəticələrini açıqladı

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 27-da referendumun nəticələri ilə bağlı Seçkilər İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.

M.Pənahov Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsində seçicilərin fəal iştirak etdiklərini bildirib.

MSK sədri diqqətə çatdırıb ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib.

M.Pənahov Referendum Aktı layihəsinin əsasında hazırlanmış bülletendəki 29 hissənin hər biri üzrə seçicilərin münasibətini diqqətə çatdırıb.

Qeyd edilib ki, səsvermə çox yüksək səviyyədə keçirilib. İndiyədək MSK-ya hər hansı bir şikayət daxil olmayıb.

Məzahir Pənahov deyib ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Yerli müşahidəçilərin sayı isə 53 min 531 olub. Ümumxalq səsverməsinin gedişini çoxlu sayda həm yerli, həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.