YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Villyam Rasimora: Müşahidə apardığımız bütün məntəqələrdə səsvermənin ədalətli və düzgün keçirildiyinin şahidi olduq

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi və Polis üzrə Araşdırma Mərkəzinin üzvlərindən ibarət müşahidə qrupu Azərbaycanda sentyabrın 26-da keçirilən referendumla bağlı birgə bəyanatla çıxış ediblər.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti Villyam Rasimora ölkəmizdə keçirilən ümumxalq səsverməsini Azərbaycanda siyasi sabitliyin zəmanəti kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər vətəndaş azadlıqlarını gücləndirəcək və demokratiyanı müdafiə edəcək. Bu yeni mərhələdə ölkədə fərqli institutların sabitliyi təmin ediləcək.

V.Rasimora vurğulayıb ki, Avropa İttifaqının tərəfdaşı olan bir ölkədə siyasi sabitliyin hökm sürməsi və vətəndaş azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm elementidir. O deyib: “Müşahidə apardığımız bütün məntəqələrdə səsvermənin ədalətli və düzgün keçirildiyinin şahidi olduq. Səslərin hesablanması zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Hesab edirik ki, referendum Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub. Digər tərəfdən, referendum günü ölkədə ümumi vəziyyətin sakit olduğunu müşahidə etdik”.

Polis üzrə Araşdırma Mərkəzinin sədri Bordo Qilis Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə toxunaraq yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. O qeyd edib ki, məntəqələrdə sərbəst şəkildə müşahidə aparıblar və səsvermə prosesi ilə bağlı suallarına dolğun cavablar alıblar.