YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.

Qeyd edildi ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.