Xəbərlər
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə, Monteneqronun milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan-Monteneqro əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Ümidvaram ki, dost ölkələrimiz arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsi yolunda səylərimiz bundan sonra da davam edəcəkdir”.