YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Nizami ikinci seçki dairəsinin ən yaşlı seçicisi səs verib

Gəncə şəhər sakini, 1905-ci il təvəllüdlü Zəhrə Əhmədova 38 saylı Nizami ikinci seçki dairəsinin 19 saylı seçki məntəqəsində ümumxalq səsverməsində iştirak edib.

Məntəqə sədri Elenora Əsgərova bildirib ki, 111 yaşlı Zəhrə Əhmədova bütün seçkilərdə məntəqəyə gələrək səsvermə hüququndan istifadə edir.

Zəhrə Əhmədova seçkidə iştirak etməyin vətəndaşlıq borcu olduğunu deyib. Bildirib ki, ötən illərdə prezident, parlament və bələdiyyə seçkilərinə qatılıb. O, referendumun Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayıb.

Xatırladaq ki, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 19 saylı seçki məntəqəsi üzrə 1492 seçici qeydiyyata alınıb. İlk dəfə səs vermə hüququ qazanan seçicilərin sayı 12 nəfərdir. Ən yaşlı seçici isə 111 yaşlı Zəhrə Əhmədovadır.

 

DİGƏR Xəbərlər Arxiv