Xəbərlər
London vaxtı ilə saat 12:00-dək Britaniyadakı vətəndaşlarımızın 20 faizi səsvermədə iştirak edib

Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar Böyük Britaniyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla saat 12:00-dək seçicilərin təxminən 20 faizi ümumxalq səsverməsində iştirak edib.
Məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb.